Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəlilov və T.Talışlı saxlanılmışlar
21.06.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Cəlilov Nərimanov rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin, “Mercedes” markalı avtomobilindən 584 qrama yaxın heroin, 53 qrama yaxın tiryək, 146 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi, evindən isə 665 qram heroin və 289 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə narkotik vasitələri E.Cəlilova verməklə satışını təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Talışlı da müəyyən edilərək saxlanılmışdır. Onun idarə etdiyi “Hyundai” markalı avtomobildən metamfetamin, marixuana və narkotik vasitə qəbulu üçün nəzərdə tutulmuş alətlər aşkar edilərək götürülmüşdür.