Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Qusar rayonunun Aşağı Ləyər kənd sakini İ.Səfərov avtomobillə birgə saxlanılmışdır
21.06.2020Qusar RPŞ-yə müraciət edən Bakı şəhər sakini R.Əliyev iyunun 20-də şəhər ərazisindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Aşağı Ləyər kənd sakini İ.Səfərov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.