Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərində şəxsi münasibətlər zəminində baş vermis mübahisə zamanı 2 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

06.06.2020

İyunun 6-da Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində şəhər sakinləri Zöhrab Qasımovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, Namiq Rəhimovun isə  üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım xəstəxanasında ölməsi barədə daxil olmuş məlumatla əlaqədar şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirimişlər.

Hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülmüş, təxirəsalınmaz prosessual hərəkətlər aparılmışdır.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, N.Rəhimov iyunun 6-da saat 20 radələrində şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla T.Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirmişdir. Zöhrab üzərində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirmişdir.

T.Qasımov və N.Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmamışdır.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

06.06.2020 tarixinə olan kriminal məlumatlar