Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini E.Əzizov Xətai rayonu ərazisində saxlanılmışdır
06.06.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Əzizov Xətai rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 12 qrama yaxın, kirayədə yaşadığı məzildən isə 25 kiloqrama yaxın heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.