Xuliqanlıq törətmiş Biləsuvar rayon sakini O.Muradov polis əməkdaşları tərəfindən saxlanılmışdır
06.06.2020İyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülmüşdür.