Səbail rayonu ərazisində odlu silahdan havaya atəş açmaqla xuliqanlıq törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılmışdır
04.06.2020İyunun 3-də saat 1 radələrində Səbail rayonu ərazisində bir nəfərin xuliqanlıq zəminində Bakı şəhər sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açması barədə daxil olmuş məlumatla əlaqədar Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.