Nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini E.Rüstəmov saxlanılmışdır
04.06.2020İyunun 1-də saat 14 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisində bir nəfərin Mingəçevir şəhər sakini K.Atayevin “VAZ-2106” markalı avtomobilini qaçırmağa cəhd göstərməsi, idarə edərkən onu hasara vurması və avtomobildən düşərək qaçması barədə Yevlax RPŞ-yə məlumat daxil olmuşdur.
Yevlax RPŞ və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd göstərmiş Mingəçevir şəhər sakini E.Rüstəmov müəyyən edilərək saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mingəçevir şəhəri ərazisindəki 2 evdən və 1 avtomobildən velosiped, pul, ətir və eynək oğurlaması da müəyyən edilmişdir.