Tərtər rayonu ərazisində xuliqanlıq zəminində iki nəfərə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən R.Cəmilli saxlanılmışdır
04.06.2020İyunun 4-də Tərtər rayonu ərazisində Bərdə şəhər sakini R.Cəmillinin xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılmışdır.Faktla əlaqədar cinayət işi başlanmışdır.