Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində “Jeep” markalı avtomobillə paytaxt sakini A.Əliyev vurulmuşdur
28.05.2020Mayın 28-də saat 11 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.