Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində “QAZ-3110” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
28.05.2020Mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilmiş, ata orada ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.