Füzuli rayonunun Babı kəndi ərazisində “VAZ-21214” markalı avtomobil aşmışdır
28.05.2020Mayın 28-də saat 17 radələrində Füzuli rayonunun Babı kəndi ərazisində 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırmışdır. Nəticədə F.Əliyev hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.