Bərdə rayon sakini T.Məmmədova zor tətbiq edib pulunu, mobil telefonunu və bankomat kartını almaqda şübhəli bilinən E.Əhmədov saxlanılmış, digərinin də tutulması üçün müvafiq tədbirlər davam etdirilir
27.05.2020Mayın 26-da Bərdə rayonu Qasımbəyli kəndi ərazisində naməlum 2 nəfər Şorəlli kənd sakini T.Məmmədova zor tətbiq edib 260 manat pulunu, mobil telefonunu və bankomat kartını almışlar.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımbəyli kənd sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov saxlanılmış, digərinin də tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanmışdır.