Bərdə rayonunun Uğurbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
27.05.2020Mayın 27-də saat 11 radələrində Bərdə rayonunun Uğurbəyli kəndi ərazisində Kətəlparaq kənd sakini S.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolun kənarında gedən kənd sakinləri Həqiqət Bağırovanı və 12 yaşlı nəvəsi M.Bağırovanı vurmuşdur.
Xəstəxanaya yerləşdirilmiş qadın ölmüş, uşağın vəziyyəti qənaətbəxşdir.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.