Oğurluq etdiyinə görə tutulmuş H.Məmmədovun digər şəxslə birgə Sabunçu rayonu ərazisindəki mağazaların birindən oğurluq etməsi də müəyyən edilmişdir
27.05.2020Oğurluq etdiyinə görə tutulmuş H.Məmmədovun ətrafında Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfovla birgə mayın 5-də rayon ərazisindəki mağazaların birindən 400 manat pul, 812 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov da saxlanılmışdır.