Balakən rayonunun Qullar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.05.2020Mayın 17-də saat 8 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində Mazımçay kənd sakini M.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən kənd sakini Cavadxan Şəkiliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.