Qax rayonu ərazisindəki 4 mağazadan oğurluq etməkdə şübhəli bilinən Y.İbrahimova saxlanılmışdır
17.05.2020Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də rayon ərazisindəki 4 mağazadan pul, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Y.İbrahimova saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.