Bərdə şəhəri ərazisində “Nissan”, “KİA” və “Opel” markalı üç avtomobil toqquşmuşdur
17.05.2020Mayın 18-nə keçən gecə Bərdə şəhəri ərazisində şəhər sakinləri İ.Mustafayevin idarə etdiyi “Nissan”, F.Əliyevin idarə etdiyi “KİA” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilmiş, E.Məmmədov orada ölmüşdür.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.