Yasamal rayonu ərazisində bir qadına məxsus çantanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ə.Məmmədov saxlanılmışdır
25.03.2020Martın 24-də Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadına məxsus içərisində mobil telefon və qızıl sırğa olan çantanı soyğunçuluq yolu ilə almışdır.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılmışdır.