Bakı şəhər sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən V.Salahov saxlanılmışdır
25.03.2020Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 15-də Bakı şəhər sakini olan bir nəfərin 220 manat pulunu və 300 manat dəyərində mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Salahov saxlanılmışdır.