Sumqayıt şəhəri ərazisindəki 2 evdən, 1 restorandan və 1 istirahət mərkəzindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini R.Məmmədov saxlanılmışdır
25.03.2020Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 27-dən martın 22-dək olan müddətdə şəhər ərazisindəki 2 evdən səsgücləndirici, su sayğacı, su mühərriki və təmir-tikinti alətləri, 1 restorandan televizor, spirtli içki və 1 istirahət mərkəzindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Məmmədov saxlanılmışdır.