Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.03.2020Martın 22-də saat 19 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Mürtülü kənd sakini S.Omarov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Tahir Şıxıyevi vurmuşdur.
Piyada hadisə yerində ölmüşdür.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.