Sumqayıt şəhər sakini E.Rzayevə zor tətbiq edib pulunu almaqda şübhəli bilinən R.Əhmədov və şəhər sakini E.Həsənzadəyə məxsus pul kisəsini oğurlamaqda şübhəli bilinən F.İsmayılov saxlanılmışlar
22.03.2020Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də şəhər sakini E.Rzayevə zor tətbiq edib 30 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılmışdır.
1-ci PB əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də şəhər sakini E.Həsənzadəyə məxsus içərisində 520 manat və mobil telefon olan pul kisəsini oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş F.İsmayılov saxlanılmışdır.