Yasamal rayonu ərazisindəki internet klubların birindən kompyuter dəstini oğurlamaqda şübhəli bilinən E.Əmirov saxlanılmışdır
22.03.2020Yasamal RPİ 28-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki internet klubların birindən 2100 manat dəyərində kompyuter dəstini oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Əmirov saxlanılmışdır.