Münaqişə zəminində tüfəngdən açdığı atəşlə Xəzər rayon sakini Q.Teymurova xəsarət yetirdiyi müəyyən edilən R.Sultanzadə saxlanılmışdır
20.03.2020Martın 20-də Xəzər rayonunun Şağan qəsəbə sakini Q.Teymurovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Q.Teymurova xəsarətin Şağan qəsəbəsi ərazisində qəsəbə sakini R.Sultanzadənin münaqişə zəminində tüfəngdən açdığı atəşlə yetirildiyi müəyyən edilmişdir.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Sultanzadə saxlanılmışdır. Cinayəti törədərkən istifadə etdiyi “Özkanarms” markalı ov tüfəngi ondan götürülmüşdür.Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.