Əvvəllər məhkum olunmuş N.Orduxanlıdan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron götürülmüşdür
20.03.2020Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Orduxanlı qəsəbə ərazisində saxlanılmışdır. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülmüşdür.