Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində yol-nəqliyyat hadisəsi
20.03.2020Martın 20-də saat 22 radələrində Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində Bərdə rayon sakini V.Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Məryəm İbrahimovanı vurmuşdur. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.