Lənkəran şəhər sakini N.Nurullayevdən tiryək, heroin və metamfetamin götürülmüşdür
20.03.2020Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Nurullayevdən 14 qramdan artıq tiryək, 10 qrama yaxın heroin və metamfetamin aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə N.Nurullayevin evindən isə əlavə olaraq 1 kiloqramdan artıq tiryək, 29 qrama yaxın heroin, metamfetamin və 896 qrama yaxın marixuana götürülmüşdür.