Biləsuvar şəhərinin ərazisində “KamAZ” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
16.03.2020Martın 17-də saat 1 radələrində Biləsuvar şəhərinin ərazisində Masallı rayon sakinləri Z.Kişiyevin idarə etdiyi “KamAZ” və Elnur Allahyarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.