Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16.03.2020Martın 16-da saat 5 radələrində Hacıqabul şəhəri ərazisində Ağdam rayon sakini T.İmanov idarə etdiyi “VAZ-21015” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə sərnişini Ağdam rayon sakini Çingiz İmanov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.