Martın 11-də Y.Burcəliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Fərəcov saxlanılmışdır
16.03.2020Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Y.Burcəliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Fərəcov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun martın 8-də rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini Z.Nəsirlinin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.