Qax rayonu ərazisində “KamAZ” markalı avtomobillə yolu keçən rayon sakini F.Əhmədov vurulmuşdur
14.03.2020Martın 14-də saat 20 radələrində Qax rayonunun Qax İngiloy kənd sakini A.Paplaşvili idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Əmbərçay kənd sakini Fikrət Əhmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.