Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax şəhər sakini N.Məmmədov saxlanılmışdır
14.03.2020Yevlax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 436 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.