Paytaxtın Q.Qarayev prospektindəki mağazaların birindən oğurluqda şübhəli bilinən A.Həsənov saxlanılmışdır
14.03.2020Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-nə keçən gecə Q.Qarayev prospektindəki mağazaların birindən pul, 1150 manat dəyərində 1 ədəd velosiped və 1 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini A.Həsənov saxlanılmışdır.