Soyğunçuluqda şübhəli bilinən Ağdaş rayon sakini E.Qədirov və Xocalı rayon sakini T.Paşayev saxlanılmışlar
10.03.2020Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Babayevanın içərisində 630 manat pulu, mobil telefonu, şəxsiyyət vəsiqəsi və təqaüd kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş E.Qədirov və Xocalı rayon sakini T.Paşayev saxlanılmışlar.