Qazax rayonunun Aslanbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.03.2020Martın 10-da saat 12 radələrində Qazax rayonunun Aslanbəyli kəndi ərazisində rayon sakini O.Dərgahquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakinləri Ziyad Nəsibovu və Z.Məmmədovu vurmuşdur. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilmiş, Z.Nəsibov orada ölmüşdür.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.