Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
10.03.2020Martın 10-da saat 13 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Xırdalan şəhər sakini S.Səlimovun idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rauf Abbaslının idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Abbaslı hadisə yerində ölmüş, digər sürücü xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.