Saatlı rayon sakini P.Qardaşova kəsici-deşici alətlə xəsarət yetirmiş həmkəndlisi F.Əliyev saxlanılmışdır
07.03.2020Martın 7-də Saatlı rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılmışdır.
Araşdırma aparılır.