Nərimanov rayonu ərazisindəki parkların birində soyğunçuluq törətməkdə şübhəli bilinən M.Əliyev saxlanılmışdır
07.03.2020Martın 6-da Nərimanov rayonu ərazisindəki parkların birində naməlum şəxs Saatlı rayon sakini T.Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə almışdır.
Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev saxlanılmışdır.