Suraxanı qəsəbəsi A.Rzayev küçəsində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
07.03.2020Martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi “KİA” və Şəhriyar Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölmüş, 3 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.