Nərimanov rayonunun Z.Bünyadov prospektində “TOFAŞ” və “Hyundai” markalı avtomobillər toqquşmuşdur
02.03.2020Martın 3-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Namiq Dəmirovun idarə etdiyi “TOFAŞ” və Sadiq Qardaşxanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü hadisə yerində ölmüş, bir sərnişin xəstəxanaya yerləşdirilmişdir.