Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Subaru” markalı avtomobillə yolu keçmək istəyən ər-arvad vurulmuşlar
02.03.2020Martın 2-də saat 23 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini R.Burjunov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nəriman Nərimanovu və onun arvadını vurmuşdur. Nəticədə kişi hadisə yerində ölmüş, qadın xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.