Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini E.Qasımov saxlanılmışdır
02.03.2020Nərimanov RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini E.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 850 qram heroin, 555 qram marixuana, 800 ədəd metadon həbi və elektron tərəzi aşkar edilərək götürülmüşdür.