Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi avtomobildən tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülmüşdür
09.02.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi “BMW” markalı avtomobildən “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülmüşdür.