Axtarışda olan Xırdalan şəhər sakini E.İsgəndərovdan 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür
09.02.2020Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun evindən 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.