Binəqədi rayonu ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
07.02.2020Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.