Axtarışda olan Maştağa qəsəbə sakini M.Babayev saxlanılmışdır
07.02.2020Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə axtarışda olan Maştağa qəsəbə sakini M.Babayev saxlanılmışdır. Ondan 510 qram narkotik vasitə olan heroin götürülmüşdür.