Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qurbanov saxlanılmışdır
07.02.2020Əlahiddə Çevik Polis Alayı və Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qurbanov saxlanılmışdır. Ondan çəkisi 2 kiloqram 275 qram heroin aşkar edilərək götürülmüşdür.