Siyəzən rayon sakini V.Sadıqovun evindən ov tüfəngini oğurlamaqda şübhəli bilinən N.Mütəllimov saxlanılmışdır
07.02.2020Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Sadıqovun evindən müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qalaşıxı kənd sakini N.Mütəllimov saxlanılmışdır. Ondan 2 ədəd tüfəng götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun 2 nəfərlə birgə 3 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.