Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakinləri N.Kərimov və X.Hüseynli saxlanılmışlar
26.01.2020Sabirabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaratəpə kənd sakini N.Kərimov saxlanılmşdır. Şəxsi axtarış zamanı ondan 70 qram marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən 360 qram marixuana, habelə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülmüşdür.
Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Moranlı kənd sakini X.Hüseynli də polis əməkdaşları tərəfindən saxlanılmışdır.