Ağsu rayonunun Nüydü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.01.2020Yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşmışdır.
Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölmüş, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, Aysu orada ölmüşdür.
Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılmışdır.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.